Astronomik nutasiya

Astronomik nutasiya — yaz və payız bərabərliyi dövrlərində baş verən kiçik bir nizamsızlıq.

Astronomiyada nutasiya fırlanan astronomik obyektin fırlanma oxunun istiqamətinin zamanla dəyişməsinə səbəb olan hadisədir. Bu hadisə fırlanan obyektə təsir edən yaxınlıqdakı digər cisimlərin cazibə qüvvələrinin təsirindən qaynaqlanır. Nutasiya və pressessiya müxtəlif zaman intervalında ortaya çıxan eyni təsirdən qaynaqlansa da astronomlara görə onlar arasında müəyyən fərqlər var. Presessiya fırlanma oxundakı sabit uzunmüddətli dəyişiklikləri, nutasiya isə oxşar qısamüddətli dəyişikliklərin birgə təsirini özündə ehtiva edir.[1]

  1. Seidelmann, P. Kenneth, ed. (1992). Explanatory Supplement to the Astronomical Almanac. University Science Books. pp. 99–120. ISBN 0-935702-68-7.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search